Tacikistan Prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Tacikistan Prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb Bakı. 8 avqust. REPORT.AZ/ Tacikistan Prezidenti Emoməli Rəhmon avqustun 10-11-də Azərbaycana rəsmi səfər edəcək.
Xarici siyasət
8 Avqust , 2018 09:58
Tacikistan Prezidentinin Azərbaycana səfərinin tarixi açıqlanıb
Sputnik Таджикистан

Bakı. 8 avqust. REPORT.AZ/ Tacikistan Prezidenti Emoməli Rəhmon avqustun 10-11-də Azərbaycana rəsmi səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə "Radio Ozodi" Tacikistan dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat verib.

Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir sıra yeni sənədlərin imzalanması planlaşdırılır.

Tacikistan Prezidentinin Azərbaycanın Baş naziri və parlament sədri ilə görüşlər keçirəcəyi də gözlənilir.

Qeyd edək ki, Tacikistan və Azərbaycan arasında hüquqi bazaya ticarət, iqtisadiyyat, bank, vergi, mədəniyyət və investisiya sahələrində 30-dan çox əməkdaşlıq sazişi daxildir.

Son xəbərlər

Orphus sistemi