Yuxarı

Tacikistan Prezidenti avqustda Azərbaycana səfərə gələcək

Tacikistan Prezidenti avqustda Azərbaycana səfərə gələcək
Səfər zamanı iki ölkə arasında sənədlər paketinin imzalanması nəzərdə tutulur

Bakı. 18 iyul. REPORT.AZ/ Tacikistan Prezidenti Emoməli Rəhmon avqustda Azərbaycana səfərə gələcək.

"Report"un "Asiya-Plus" saytına istinadən verdiyi xəbərə görə, Tacikistanın dövlət başçısı Bakıya Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti əsasında səfər edəcək.

Səfər zamanı iki ölkə arasında sənədlər paketinin imzalanması nəzərdə tutulur.

E.Rəhmon avqustda həmçinin Özbəkistana və Türkmənistana da səfər edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi