​Suriyadakı vəziyyət Azərbaycan, Rusiya və İran prezidentlərinin əsas müzakirə mövzusu olub

​Suriyadakı vəziyyət Azərbaycan, Rusiya və İran prezidentlərinin əsas müzakirə mövzusu olub Roqozin: "İŞİD-ə vahid cəbhədə dayanaraq cavab vermək lazımdır"
Xarici siyasət
8 Avqust , 2016 22:12
​Suriyadakı vəziyyət Azərbaycan, Rusiya və İran prezidentlərinin əsas müzakirə mövzusu olub

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycan, Rusiya və İran prezidentləri inkişafı nəzarətdən çıxma təhlükəsi altında olan və vahid cəbhədə mübarizə aparmağı tələb edən İŞİD və digər terror qruplaşmalarının olduğu Suriyadakı vəziyyəti müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Dmitri Roqozin məlumat verib.

"Suriya, yəqin ki, dünya siyasəti ilə məşğul olmaq imkanına malik, bundan anlayışı və buna birbaşa adiyyəti olan bütün ölkələrlə və bütün danışıqlar çərçivəsində aparılmalı olan şəffaf mövzudur", - deyə Roqozin Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün yekununda jurnalistlərə açıqlamasında bildirib.

O, baş tutan görüşdə Suriyadakı vəziyyətin hansı konteksdə nəzərdən keçirilməsinə dair sualı belə cavablandırıb:

"Suriya - bu, hər şeydən əvvəl nəinki İŞİD-in, həm də İŞİD bayrağı altında gizlənən və öz məqsəd və vəzifələri olan hər kəsin nəzarətdən çıxmış sıçrayışvari inkişafı təhlükəsi deməkdir. Bu, Rusiya və digər ölkələrin ünvanına səsləndirilən bütün təhdidlərdən sonra artıq təkcə İslam dünyası üçün təhlükə deyil. Aydın məsələdir ki, burada İŞİD-ə həm də vahid cəbhədə dayanaraq cavab vermək lazımdır. Bu mövzu, şübhəsiz ki, müzakirə olunur", - deyə Roqozin bildirib.

Son xəbərlər

Orphus sistemi