Yuxarı

Strasburqda əcnəbi məhkumlarla bağlı konfrans keçirilib

Strasburqda əcnəbi məhkumlarla bağlı konfrans keçirilib

Azərbaycan nümayəndə heyəti son bir ildə 110 əcnəbi məhkumun cəza çəkməkdən vaxtından əvvəl azad edildiyini bildirib

Bakı. 25 aprel. REPORT.AZ/ Avropa Şurasının İnsan Hüquqları və Qanunun Aliliyi üzrə Baş Direktorluğunun təşkilatçılığı ilə Strasburqda əcnəbi məhkumlarla bağlı konfrans keçirilib.

Pentensiar Xidmətdən "Report"a verilən məlumata görə, tədbirdə Ədliyyə Nazirliyi Penitensiar xidmətini rəis müavini ədliyyə general mayoru Hüseyn Əlixanov və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi ədliyyə polkovniki Mehman Sadıqov iştirak ediblər.

Konfransda əcnəbi məhkumların qəbulu, bölgüsü və rejim qaydaları, cəzanın planlaşdırılması, fərdi ehtiyacların ödənilməsi, dinamik təhlükəsizlik, sosial reinteqrasiya, azadlığa buraxılmağa hazırlıq və s. kimi əsas mövzular üzrə məruzələr dinlənilib və ətraflı müzakirələr aparılıb.

Azərbaycan nümayəndə heyəti bildirib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamları, habelə birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə parlament tərəfindən qəbul edilmiş amnistiya haqqında qərarlar əsasında təkcə son bir ildə 110 əcnəbi məhkum cəza çəkməkdən vaxtından əvvəl azad olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi