Stepan Kubiv: "Azərbaycan Prezidenti bu il Ukraynaya səfərə dəvət edilib"

Stepan Kubiv: "Azərbaycan Prezidenti bu il Ukraynaya səfərə dəvət edilib" Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyanın iclası noyabrın 13-dən 17-dək keçiriləcək
Xarici siyasət
20 Oktyabr , 2017 19:17
Stepan Kubiv: Azərbaycan Prezidenti bu il Ukraynaya səfərə dəvət edilib
AFP 2017 / Sergei Supinsky

Bakı. 20 oktyabr. REPORT.AZ/ "Ukrayna nümayəndə heyətinin tərkibində 20 nəfər var idi və onlardan yalnız beşi Ukrayna dövlətinin siyasəti əleyhinə səs verib".

"Report"un verdiyi xəbərə görə, bunu jurnalistələrə açıqlamasında Strasburqda Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Ukrayna nümayəndə heyətinin üzvlərinin Azərbaycana qarşı qətnaməyə səs verməsinə dair məsələyə münasibət bildirərkən Ukraynanın baş nazirinin birinci müavini Stepan Kubiv bildirib.

S.Kubiv deyib ki, Ukrayna və Azərbaycan münasibətlərin yeni mərhələsindədir və bunu heç kim dəyişə bilməz: "Noyabrın 13-dən 17-dək Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Mən şəxsən dünən Azərbaycan Pezidenti İlham Əliyevə Ukrayna dövlət başçısı Petro Poroşenkonun bu il Ukraynaya səfərinə dair dəvətini çatdırdım". 

Son xəbərlər

Orphus sistemi