Yuxarı

Spiker: “Gürcüstan və Azərbaycan arasında parlamentlərarası əməkdaşlıq daha da gücləndiriləcək”

Spiker: “Gürcüstan və Azərbaycan arasında parlamentlərarası əməkdaşlıq daha da gücləndiriləcək”

“Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlıq münasibətəri mövcuddur”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Arçil Talakvadze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan parlamentləri də sıx əməkdaşlıq edirlər: “Bizim parlamentdə Gürcüstan vətəndaşları olan azərbaycanlı deputatlar da təmsil olunub. Gürcüstan bundan sonra da Azərbaycan dövləti və xalqı ilə olan dostluq və tərəfdaşlıq münasibətlərini daha da inkişaf etdirəcək. Ümid edirəm ki, parlamentlərarası əməkdaşlığın səviyyəsi də daha da yüksələcək və gücləndiriləcək”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi