Soçidə ​QDİƏT ölkələrinin xarici işlər nazirlərinin iclası başlayıb

Soçidə ​QDİƏT ölkələrinin xarici işlər nazirlərinin iclası başlayıb Tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir
Xarici siyasət
1 İyul , 2016 11:48
Soçidə ​QDİƏT ölkələrinin xarici işlər nazirlərinin iclası başlayıb

Bakı. 1 iyul. REPORT.AZ/ Rusiyanın Soçi şəhərində Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin xarici işlər nazirlərinin iclası başlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, toplantını Rusiyanın xairici işlər naziri Sergey Lavrov açıb.

Görüşdə təşkilat çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də QDİƏT-də Rusiyanın sədrliyinin yekunları müzakirə ediləcək.

Xatırladaq ki, tədbirdə Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.

Qeyd edək ki, QDİƏT 1999-cu ildə yaradılıb və təşkilata 12 dövlət - Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna daxildir. 

Son xəbərlər

Orphus sistemi