Slovakiya parlamentinin sədri Azərbaycana gəlib

Slovakiya parlamentinin sədri Azərbaycana gəlib Peter Pelleqrini “Bakı 2015” birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək
Xarici siyasət
12 İyun , 2015 12:53
Slovakiya parlamentinin sədri Azərbaycana gəlib

Bakı. 12 iyun. REPORT.AZ/ Slovakiya parlamentinin sədri Peter Pelleqrini “Bakı 2015” birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə iyunun 12-də Azərbaycana gəlib.

"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Slovakiya parlamentinin sədrini Azərbaycan Milli Məclisinin və “Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.

Son xəbərlər

Orphus sistemi