Şimali Kiprin Azərbaycandakı nümayəndəliyinin rəhbəri dəyişib

Şimali Kiprin Azərbaycandakı nümayəndəliyinin rəhbəri dəyişib Bu posta Ufuk Turqaner təyinat alıb
Xarici siyasət
18 Yanvar , 2016 16:35
Şimali Kiprin Azərbaycandakı nümayəndəliyinin rəhbəri dəyişib

Bakı. 18 yanvar. REPORT.AZ/ Şimali Kipr Türk Respublikasının (ŞKTR) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sadəddin Topukçu Bakıdakı diplomatik missiyasını başa vurur.

Nümayəndəlikdən "Report"a verilən məlumata görə, S.Topukçu Şimali Kiprə gələn həftə qayıdacaq.

Onu bu postda daha əvvəl ŞKTR-nin Xarici İşlər Nazirliyinin strukturlarından birində çalışmış Ufuk Turqaner əvəz edəcək.

Son xəbərlər

Orphus sistemi