Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib

Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
20 May , 2019 17:08
Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un xəbərinə görə, təbrik məktubunda deyilir:

"Zati-aliləri, Qardaşım İlham Heydər oğlu Əliyev.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və Hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan dövlətinə və xalqına davamlı inkişaf və rifah arzu edirəm".

Son xəbərlər

Orphus sistemi