Yuxarı

Aİ rəsmisi: "Şərq Tərəfdaşlığına dair yeni təkliflər irəli sürüləcək"

Şərq Tərəfdaşlığına dair yeni təkliflər irəli sürüləcək

“Bildiyiniz kimi, hazırda Şərq Tərəfdaşlığının gələcəyinə dair müzakirələr gedir. Bunun gələcək öncüllükləri ilə bağlı çox sayda maraqlı tərəflərin nöqteyi-nəzərini müəyyənləşdirmək üçün geniş və əhatəli mərhələli məsləhətləşmələri başa çatdırmışıq”.

Bunu “Report”a Avropa İttifaqının (Aİ) Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) Şərqi Tərəfdaşlıq və ATƏT departamentinin sədr müavini Radoslav Darski bildirib.

“Azərbaycan bu prosesdə yaxından iştirak edib. Biz Şərq Tərəfdaşlığının gələcəyi ilə bağlı Bakıda xüsusi tədbir təşkil etdik, azərbaycanlı həmkarlarımız da bizə çox fəal şəkildə konkret təklif və fikirlər verirdilər. Əlbəttə ki, Azərbaycanın təkliflərinin konkret məğzini bir kəlmə ilə ifadə etmək mümkün deyil, çünki orada bütün maraqlı tərəflərin, yəni hökumətin, vətəndaş cəmiyyətin, elmi dairələrin, təhlil mərkəzlərinin rəyləri açıqlanır. Beləliklə, proqramın gələcəyinə dair bir çox konkret təkliflər almışıq. Azərbaycan doğrudan da bu prosesə cəlb olunub”, –  diplomat hazırda həmin təkliflərin Aİ-də araşdırıldığını deyib.

“Fikrimcə, yaxın aylarda müəyyən konkret təkliflər verə biləcəyik. Yəqin ki, bu təkliflər yeni komissiyanın (Avropa Komissiyası – red.) öncüllüklərini əks edəcək. Məsləhətləşdiyimiz maraqlı tərəflər adətən Şərq Tərəfdaşlığın gələcək gündəminə dair səmərəli idarəçilik, qanunun aliliyi, söz azadlığı kimi bir neçə öncül məsələni sadalayırdılar. Digər tərəfdən iqtisadiyyat, ticarət, rabitə, gənclər, ətraf mühit kimi öncül məsələlərlə də bağlı başqa maraqlı tərəflərin artan marağını və gözləntilərini görmək mümkündür” – R.Darski diqqətə çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi