Şərq Tərəfdaşlığı və Vışeqrad qrupu ölkələri XİN rəhbərləri Bratislavada görüşəcək

Şərq Tərəfdaşlığı və Vışeqrad qrupu ölkələri XİN rəhbərləri Bratislavada görüşəcək Nazirlər Riqada Şərq Tərəfdaşlığı sammitində qaldırılacaq məsələləri müzakirə edəcək
Xarici siyasət
12 May , 2015 11:32
Şərq Tərəfdaşlığı və Vışeqrad qrupu ölkələri XİN rəhbərləri Bratislavada görüşəcək

Bakı. 12 may. REPORT.AZ/ Şərq Tərəfdaşlığı ölkələri və Vışeqrad qrupunun xarici işlər nazirləri mayın 14-15-də Slovakiyanın paytaxtı Bratislavada görüş keçirəcək. "Report" xəbər verir ki, görüşdə Şərq Tərəfdaşlığı proqramının iştirakçı ölkələri olan Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarusun XİN rəhbərləri, Vışeqrad dördlüyü - Polşa, Slovakiya, Çexiya və Macarıstanın xarici işlər nazirləri, eləcə də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini, Avropa Komissiyasının Yaxın Qonşuluq və Genişlənmə üzrə Komissarı Yohannes Han iştirak edəcək. 

Gündəliyə mayın 21-22-də Riqada keçiriləcək Şərq Tərəfdaşlığı sammitində qaldırılacaq məsələlərin müzakirəsi daxil edilib. 

Son xəbərlər

Orphus sistemi