Yuxarı

Avropa Parlamentinin vitse-prezidenti: “Şərq tərəfdaşlığı” proqramında böyük nailiyyətlər əldə olunub”

Şərq tərəfdaşlığı” proqramında böyük nailiyyətlər əldə olunub

Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramında böyük nailiyyətlər əldə olunub”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Avropa Parlamentinin vitse-prezidenti Klara Dobrev Avronest Parlament Assambleyasının Tbilisidə keçirilən VIII plenar sessiyasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, proqramın 10 illik dövrünə nəzər salanda Avropa İttifaqı qazanılan nailiyyətlərdən qürur duyur: “Şərq tərəfdaşlığı” təşəbbüsü ilə bağlı qarşıda böyük vəzifələr durur. Avropa İttifaqı Gürcüstan, Ukrayna və Moldova ilə assosiativ saziş imzalayıb. İttifaqın Ermənistanla tərəfdaşlığın genişləndirilməsi, Azərbaycan ilə isə yeni saziş üzrə danışıqlar aparılır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi