Yuxarı

"Şərq Tərəfdaşlığı" ölkələri koronavirusa qarşı yardım alacaq

"Şərq Tərəfdaşlığı" ölkələri koronavirusa qarşı yardım alacaq
Dinlə

Avropa Komissiyası "Şərq Tərəfdaşlığı" proqramının üzv ölkələrinə yardım proqramı çərçivəsində COVID-19 pandemiyasının sosial iqtisadi fəsadlarını yumşaltmaq üçün 140 milyon avroluq vəsait ayırıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Ana Pisonero Hernandez brifinq zamanı bildirib.

Xatırladaq ki, 2009-cu ildən həyata keçirilən "Şərq Tərəfdaşlığı" proqramının məqsədi Avropa İttifaqı ilə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna arasında regional əməkdaşlığı inkişaf etdirməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi