Gürcüstanın nazir müavini: “Sərhədin delimitasiyası üzrə birgə komissiyanın iclası çox fəal formada davam edir”

Gürcüstanın nazir müavini: “Sərhədin delimitasiyası üzrə birgə komissiyanın iclası çox fəal formada davam edir” “Gürcüstan tərəfi Azərbaycanla sərhəd məsələsi ilə bağlı danışıqlarda Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı milli maraqlara zidd hər hansı bir kompromis varinatı nəzərdən keçirmir”.
Xarici siyasət
24 May , 2019 17:15
Gürcüstanın nazir müavini: “Sərhədin delimitasiyası üzrə birgə komissiyanın iclası çox fəal formada davam edir”

“Gürcüstan tərəfi Azərbaycanla sərhəd məsələsi ilə bağlı danışıqlarda Keşikçi Dağı Məbəd-Kompleksi ilə bağlı milli maraqlara zidd hər hansı bir kompromis varinatı nəzərdən keçirmir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Mixeil Giorqadze bildirib.

O deyib ki, sərhədin delimitasiyası üzrə birgə komissiyanın iclası çox fəal davam edir: “İclasda bütün məsələlər, həmçinin son günlər baş verən proseslər də müzakirə olunur. Komissiya yaranmış vəziyyətdən çıxış yolu axtarmaqla məşğul olur”.

Son xəbərlər

Orphus sistemi