Sergey Markov: "Rusiya Moskva-Bakı-Ankara münasibətlərinin inkişafına çalışmalıdır"

Sergey Markov: "Rusiya Moskva-Bakı-Ankara münasibətlərinin inkişafına çalışmalıdır" "Azərbaycan-Rusiya əlaqələrinin gücləndirilməsi tendensiyası ölkədəki parlament seçkilərindən sonra da davam edəcək"
Xarici siyasət
3 Noyabr , 2015 12:53
Sergey Markov: Rusiya Moskva-Bakı-Ankara münasibətlərinin inkişafına çalışmalıdır

Bakı. 3 noyabr. REPORT.AZ/ "Azərbaycan-Rusiya əlaqələrinin gücləndirilməsi tendensiyası ölkədəki parlament seçkilərindən sonra da davam edəcək. Əlaqələrin möhkəmləndirilməsinin əsası Rusiya Federasiyasının prezidenti Vladimir Putinin 2013-cü ilin avqustda prezident seçkilərindən əvvəl Bakıya səfəri zamanı qoyulub. O vaxt prezident açıq-aydın, birmənalı şəkildə Azərbaycan xalqının seçimini dəstəkləmişdi".

Bu fikirləri "Report"a açıqlamasında Rusiya Federasiyası İctimai Palatasının üzvü, "Vətəndaş Dialoqu" beynəlxalq müşahidə qrupunun rəhbəri Sergey Markov deyib.

S.Markov hesan edir ki, bu prosesə siyasi dəstək vermək lazımdır: "Rusiya Moskva-Bakı-Ankara münasibətlərinin inkişafına çalışmalıdır. Bu işdə isə Azərbaycan vacib rol oynaya bilər. Fikrimcə, bu cür koalisiya çərçivəsində enerji əməkdaşlığını inkişaf etdirmək lazımdır".

Eyni zamanda, S.Markov cəmiyyətlər arasında əməkdaşlığın artırılmasının vacibliyini də qeyd edib.

Azərbaycanın Avrasiya İqtisadi Birliyinə qoşulmasının mümkünlüyünü şərh edən Rusiya İctimai Palatasının  üzvü hazırda bunun az ehtimallı olduğunu bildirib: "Çünki Azərbaycan əsasən neft və qaz məhsulları ixrac edir. Onların isə gömrük ittifaqlarına ehtiyacı yoxdur".

S.Markovun fikrincə, qeyri-neft sektorunun inkişafı baxımından Avrasiya İqtisadi Birliyinə daxil olmaq Azərbaycan üçün sərfəli olar: "Məhz Avrasiya İqtisadi Birliyinə üzvlük bu sfeanı inkişaf etdirə bilər. Azərbaycanın daha çox gəlir gətirə biləcək kənd təsərrüfatı var. Onlara satış bazarları lazımdır. Hesab edirəm ki, Avrasiya İqtisadi Birliyinə hər bir mağazasında Azərbaycan məhsulları olmalıdır".

Son xəbərlər

Orphus sistemi