Sergey Markov: "Bakı-Tbilisi-Qars dəmiryolu xətti həm də Rusiya üçün faydalıdır"

Sergey Markov: "Bakı-Tbilisi-Qars dəmiryolu xətti həm də Rusiya üçün faydalıdır" İctimai Palatanın üzvü: "BTQ iqtisadiyyatın və regional iqtisadi əməkdaşlığın inkişafına əlavə təkan verəcək"
Xarici siyasət
30 Oktyabr , 2017 17:07
Sergey Markov: Bakı-Tbilisi-Qars dəmiryolu xətti həm də Rusiya üçün faydalıdır
Report

Moskva. 30 oktyabr. REPORT.AZ/ "Bakı-Tbilisi-Qars dəmir yolu xətti Cənubi Qafqaz regionunun inkişafına əlavə təkan verəcək".

Bunu "Report"un Rusiya bürosuna Rusiyanın İctimai Palatasının üzvü, politoloq Sergey Markov bu gün Bakıda açılışı olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin açılışını şərh edərkən bildirib.

"Bakı-Tbilisi-Qars layihəsi Rusiyadan yan keçsə də, bu, bizim üçün də faydalıdır. Bu, Cənubi Qafqaz kimi mühüm regionda nəqliyyat infrastrukturunun sıxlığının zəruri artımıdır. Dəmir yolu xətti iqtisadiyyatın və regional iqtisadi əməkdaşlığın inkişafına əlavə təkan verəcək", - S.Markov deyib.

Onun sözlərinə görə, BTQ əvvəl-axır gerçəkləşməli olan zəruri layihədir.

"Şimal-Cənub" adlandırılan Cənub nəqliyyat dəhlizi də tamamilə doğru, zəruri layihədir. Cəmi 170 kilometrlik dəmir yolu xəttinin inşası ilə Hindistan və Şimali Avropanı birləşdirmək mümkündür", - İctimai Palatanın üzvü vurğulayıb.

Son xəbərlər

Orphus sistemi