Sergey Lavrovun Azərbaycana səfərinin tarixi açıqlanıb

Sergey Lavrovun Azərbaycana səfərinin tarixi açıqlanıb Danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq
Xarici siyasət
7 İyul , 2016 13:35
Sergey Lavrovun Azərbaycana səfərinin tarixi açıqlanıb

Bakı. 7 iyul. REPORT.AZ/ Rusiya xarici işlər naziri Sergey Lavrov iyulun 11-12-də Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

Xatırladaq ki, daha əvvəl S.Lavrovun Bakıya iyulun 5-də Yerevanda keçirilmiş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri xarici işlər nazirlərinin görüşündən dərhal sonra gələcəyi gözlənilirdi.

Qeyd edək ki, Rusiya XİN başçısının səfəri zamanı aparılacaq danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq.

Son xəbərlər

Orphus sistemi