Sergey Lavrov: "İndi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə çox yaxınıq"

Sergey Lavrov: "İndi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə çox yaxınıq" "Məlum səbəblərə görə, müzakirə mövzuları barədə geniş ictimai diskussiyalar aparmırıq"
Xarici siyasət
12 İyul , 2016 11:23
Sergey Lavrov: İndi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə çox yaxınıq

Bakı. 12 iyul. REPORT.AZ/ "Əvvəlki dövrlərlə müqayisədə indi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə çox yaxınıq".

"Report" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin gedişatı barədə danışarkən deyib.

O qeyd edib ki, məlum səbəblərə görə, münaqişənin həlli ətrafındakı müzakirə mövzuları barədə geniş ictimai diskussiyalar aparılmır.

Öz növbəsində, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov danışıqların intensiv xarakter aldğını bildirib.

"Danışıqlar substanstv formada konkret məsələlər ətrafında aparılır. Son danışıqlara əsasən, həll edilməmiş məsələlər üzrə irəliləyiş əldə edə biləcəyimizi deyə bilərəm", - deyə Azərbaycan XİN başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi