Sergey Lavrov: "Azərbaycan və Rusiya strateji tərəfdaşdır"

Sergey Lavrov: "Azərbaycan və Rusiya strateji tərəfdaşdır" Rusiya XİN başçısı: "Ölkələrimiz arasında Putin ilə Əliyev arasındakı etibarlı dialoqun da təsir etdiyi qarşılıqlı anlaşma var"
Xarici siyasət
20 Noyabr , 2017 11:31
Sergey Lavrov: Azərbaycan və Rusiya strateji tərəfdaşdır
Rusiyanın xarici işlər naziri Sergey Lavrov / Report/ Firi Salim

Bakı. 20 noyabr. REPORT.AZ/ "Azərbaycan və Rusiya strateji tərəfdaşdır".

"Report" xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda "ADA" Universitetində çıxış edərkən deyib.

S.Lavrov qeyd edib ki, iki ölkə arasında fəal əməkdaşlıq qurulub və bunu ticarət dövriyyəsinin rəqəmləri ilə də görmək olar.

"Ölkələrimiz arasında Putin ilə Əliyev arasındakı etibarlı dialoqun da təsir etdiyi qarşılıqlı anlaşma var", - Rusiya XİN başçısı bildirib.

Beynəlxalq çağırışlar barədə danışan S.Lavrov uzun müddətdir davam edən münaqişələri, eləcə də beynəlxalq terrorizmin artmasını xüsusi vurğulayıb.

"Terrorizmin öhdəsindən yalnız birlikdə mübarizə aparmaqla gəlmək olar", - o əlavə edib.

Son xəbərlər

Orphus sistemi