Serbiyanın dövlət başçısı Azərbaycan Prezidentinə məktub göndərib

Serbiyanın dövlət başçısı Azərbaycan Prezidentinə məktub göndərib Aleksandr Vuçiç: "Serbiya ilə Azərbaycan arasında ikitərəfli və çoxtərəfli fəaliyyət sahələrində səmərəli əməkdaşlıq üzrə böyük təcrübə qazanılıb"
Xarici siyasət
24 Avqust , 2017 18:07
Serbiyanın dövlət başçısı Azərbaycan Prezidentinə məktub göndərib

Bakı. 24 avqust. REPORT.AZ/ Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ötən 20 il ərzində Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında ikitərəfli və çoxtərəfli fəaliyyət sahələrində səmərəli əməkdaşlıq üzrə böyük təcrübə qazanılıb. Əhəmiyyətli siyasi dialoq, fəal parlamentlərarası əməkdaşlıq qurulub, iqtisadi, investisiya, elmi-texniki, humanitar və digər sahələrdə geniş əlaqələr yaradılıb. Həmçinin Belqrad ilə Bakı müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq həyata keçirirlər.

İnanıram ki, gələcəkdə də ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrini daha da inkişaf etdirəcək və qarşılıqlı maraq doğuran nəticələrin əldə olunmasında birgə səmərəli səylərimizi əsirgəməyəcəyik. Əminəm ki, bu, dost Serbiya və Azərbaycan xalqlarının maraqlarına tam uyğundur.

Fürsətdən istifadə edərək, Serbiya Respublikasının ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi ilə bağlı prinsipial mövqeyinizə və qondarma “Kosovo”nun birtərəfli şəkildə elan olunmuş müstəqilliyini tanımadığınıza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Zati-aliləri, Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm".

Son xəbərlər

Orphus sistemi