Yuxarı

Serbiya prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Serbiya prezidenti Azərbaycana rəsmi səfərə gəlib

Bakı. 21 may. REPORT.AZ/ Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana rəsmi səfərə gəlib.

"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçi Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, A.Vuçiç səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Görüşün ardından bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Bundan əlavə, A.Vuçiç ölkənin Baş naziri Novruz MəmmədovMilli Məclisin sədri Oqtay Əsədovla görüşlər keçirəcək.

Mayın 22-də A.Vuçiç Azərbaycan Dillər Universitetində olacaq və orada Serbiya Dili və Mədəniyyəti Mərkəzinin açılışında iştirak edəcək. Həmçinin Serbiya prezidentinə bu universitetin fəxri doktoru diplomu veriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi