Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov yüksək dövlət mükafatı - “Serbiya Bayrağı” ordeni ilə təltif olunub.
“Report” xəbər verir ki, Serbiya prezidenti Tomislav Nikoliçin 2015-ci il 10 oktyabr tarixində bu barədə müvafiq sərəncam imzalayıb.
O, iki ölkə arasında sülhsevər əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf və möhkəmlənməsindəki xidmətlərinə görə təltif edilib.