"Azvirt" şirkəti Balkandakı fəaliyyətini genişləndirmək niyyətindədir

"Azvirt" şirkəti Balkandakı fəaliyyətini genişləndirmək niyyətindədir Serbiyanın baş naziri Azərbaycan şirkətinin rəhbəri ilə görüşüb
Xarici siyasət
7 İyul , 2016 16:53
Azvirt şirkəti Balkandakı fəaliyyətini genişləndirmək niyyətindədir

Bakı. 7 iyul. REPORT.AZ/ Serbiyanın baş naziri Aleksandr Vuçiç "Azvirt" şirkətinin rəhbəri Kamil Əliyevlə görüşüb.

"Report" Serbiya hökumətinin saytına istinadən xəbər verir ki, görüşdə A.Vuçiç şirkətlə uğurlu əməkdaşlıqdan məmnunluğunu ifadə edib. O, Liq-Prelyina avtotrasının 11-ci dəhlizindəki yol çəkilişi infrastruktur layihəsinin icrasını xüsusi vurğulayıb. Baş nazir gələcək əməkdaşlıq üçün gözəl imkanların olduğunu deyib.

"Azvirt" şirkətinin rəhbəri Serbiyada əlverişli biznes mühitinin mövcudluğunu vurğulayıb. K.Əliyevin sözlərinə görə, "Azvirt" şirkəti Balkan yarımadasındakı fəaliyyətini genişləndirmək niyyətindədir.

Görüşdə Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov da iştirak edib.

Son xəbərlər

Orphus sistemi