Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edəcək

Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edəcək Bu gün Serbiya vətəndaşları 64 ölkəyə vizasız səfər edə bilərlər
Xarici siyasət
28 Dekabr , 2016 11:29
Serbiya Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv edəcək

Bakı. 28 dekabr. REPORT.AZ/ Serbiya ümumvətəndaşlıq pasportuna malik Azərbaycan vətəndaşları üçün viza rejiminin ləğvi prosesinə başlayır. 

"Report" Serbiya KİV-inə istinadən xəbər verir ki, bununla bağlı qərar dünən Belqradda Serbiya xarici işlər naziri İvitsa Daçiç, daxili işlər naziri Neboyşa Stefanoviç və ticarət, turizm və telekommunikasiyalar naziri Rasim Lyayiçin iştirakıyla keçirilən görüşdə qəbul edilib.

Rəsmi Belqrad Gürcüstan və Ermənistan vətəndaşları üçün də viza rejimini ləğv edəcək. 

Qeyd edək ki, Serbiya vətəndaşları hazırda 64 ölkəyə vizasız səfər edə bilirlər. 

Son xəbərlər

Orphus sistemi