Yuxarı

Senator: “İtaliya Senatı İlham Əliyevin fikirlərini tam dəstəkləyir”

Senator: “İtaliya Senatı İlham Əliyevin fikirlərini tam dəstəkləyir”

© luccaindiretta.it — Cianluka Ferrara

“Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri iki ölkə arasında münasibətlərin, o cümlədən nəzərdə tutulan layihələrin reallaşdırılması perspektivlərinin dinamikliyi üçün ciddi əsasdır”.

Bunu “Report”un Avropa bürosuna açıqlamasında İtaliya Senatının (parlament) üzvü Cianluka Ferrara deyib. 

O qeyd edib ki, Azərbaycan ilə İtaliya arasında yaxşı münasibətlər və bunun daha da genişləməsi üçün əla potensial var: “Bu əlaqələrdə parlamentlərarası münasibətlər əhəmiyyətli rol oynayır. Səfər çərçivəsində cənab İlham Əliyevin Senatda keçirdiyi görüş və orada səsləndirilən fikirlər məhz bunun göstəricisidir”.

Cianluka Ferrara

İtaliya Senatının üzvü Cianluka Ferrara:

"Prezident İlham Əliyevin ali səviyyəli səfəri qanunverici orqanların qarşılıqlı münasibətlərinin daha da dinaimkləşməsində böyük təkan rolunu oynayacaq”.

Senator bildirib ki, səfər çərçivəsində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı verilən mesajlar qanunverici orqanın üzvləri tərəfindən də tam dəstəklənir: “İki ölkə arasında iqtisadi-ticarət münasibətləri ilə yanaşı, mədəni əlaqələrin, eləcə də xalqlar arasında ünsiyyətin inkişafı çox əhəmiyyətlidir. Biz dəfələrlə ali səviyyədə, parlament iclaslarında bunu ifadə etmişik. Bizim Azərbaycanla parlamentlərarası əlaqələr üzrə fəal işçi qrupumuz var. Prezident İlham Əliyevin ali səviyyəli səfəri qanunverici orqanların qarşılıqlı münasibətlərinin daha da dinamikləşməsində böyük təkan rolunu oynayacaq”, - C.Ferrara vurğulayıb. 

Dağlıq Qarabağ münaqişəsinə toxunan italiyalı senatoru qeyd edib ki, ölkəsi Azərbaycanın ərazi bütövlüyünün bərpasını, bu istiqamətdə ATƏT Minsk qrupunun fəaliyyətini tam dəstəkləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi