Yuxarı

Səməd Seyidov: "Ermənistan Azərbaycan torpaqlarını işğal edib demokratiyadan dəm vurur"

Səməd Seyidov: "Ermənistan Azərbaycan torpaqlarını işğal edib demokratiyadan dəm vurur"
Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov

"Dialoq, qarşılıqlı hörmət və anlaşma mühitində fəaliyyət göstərmək başlıca şərtdir". 

"Report"un Fransa bürosu xəbər verir ki, bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyası zamanı bildirib. 

Onun sözlərinə görə, Azərbaycanda buna nail olunub: "Bu günlərdə Azərbaycanda müxtəlif dinlərin nümayəndələri bir araya gələrək gələcək layihələrlə bağlı müzakirələr aparıblar. Fikrimcə, AŞPA-nın platformasında da müzakirələr bu formada getməlidir. Lakin biz burada təhlükəli çıxışlar, səhv məlumatlar, reallıqdan uzaq yanaşmaların şahidi oluruq. Ermənistandan olan həmkarlarımız ölkələrinin xaricə çıxışının olmaması, blokada vəziyyətində qalması baradə məlumatlar verərkən bunun səbəblərindən danışmadı. Halbuki bunun əsas səbəbi Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal olunması, torpaqlarımızda etnik təmizləmə aparılmasıdır. Ermənistan Azərbaycan torpaqlarını işğal edib demokratiyadan dəm vurur. Biz yalanlara son qoyub qarşılıqlı dialoq və anlaşma mühitində fəaliyyət göstərməliyik". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi