Səməd Seyidov AŞPA-nın Konservatorlar Partiyasının sədri seçilib

Səməd Seyidov AŞPA-nın Konservatorlar Partiyasının sədri seçilib O, 2016-cı il yanvarın 25-dək müddətə sədr təyin edilib
Xarici siyasət
4 Noyabr , 2015 10:51
Səməd Seyidov AŞPA-nın Konservatorlar Partiyasının sədri seçilib

Bakı. 4 noyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) siyasi bürosunda siyasi partiyaların fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. AŞPA-da 5 siyasi partiya fəaliyyət göstərir və Azərbaycan nümayəndə heyətinin əksəriyyəti Avropa Konservatorlar Partiyasının üzvüdür.

“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, qurumun Siyasi Komitəsinin büro iclasında Avropa Konservatorlar Partiyasının sədri Kristofer Çopun səlahiyyətlərinə xitam verilib və Avropa Şurasının Avropa Konservatorlar Partiyasının sədri vəzifəsindən geri çağırılıb.

Avropa Şurasında Avropa Konservatorlar Partiyasının sədr müavini, bu qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov 2016-cı il yanvarın 25-dək müddətə sədr təyin edilib.

Beləliklə, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yanvarın 25-dək Avropa Şurasının ən mühüm qurumlarının –prezident komitəsində, büro iclaslarında Avropa Şurasını təmsil edəcək və 5 partiyanın sədrləri ilə birgə Avropa Şurası siyasətini formalaşdıranlardan biri olacaqdır.

Son xəbərlər

Orphus sistemi