Yuxarı

Səməd Seyidov: "AŞPA-da üzv ölkələrə münasibətdə ikili standartlar var"

Səməd Seyidov: "AŞPA-da üzv ölkələrə münasibətdə ikili standartlar var"

Biz ölkələrdə insan hüquqları məsələlərini təhlil edərkən daha obyektiv olmağa çalışmalıyıq

Strasburq. 25 yanvar. REPORT.AZ/ "Avropa Şurası Parlament Assambleyasında üzv ölkələrə münasibətdə ikili standartlar var". 

"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu gün AŞPA-nın qış sessiyası çərçivəsində keçirilən müzakirələrdə deyib.

Onun sözlərinə görə, Avropa Şurasına üzv dövlətlərə qarşı qeyri-obyektiv yanaşmalar hələ də davam edir: "Hesab edirəm ki, AŞPA daxilində monitorinq prosedurunda da dəyişikliklər etməliyik. Biz ölkələrdə insan hüquqları məsələlərini təhlil edərkən daha obyektiv olmağa çalışmalıyıq. Təəssüf ki, üzv dövlətlərin bir hissəsində baş verənlər nəzərə alınmır, digərləri isə daim tənqid atəşinə tutulur. Əgər Fransa, Almaniya, Böyük Britaniya və Avropa Şurasına üzv olan digər ölkələrdəki vəziyyəti təhlil etsək, çox mühüm məsələlərin üzərində dayana bilərik. Bu məsələlərə İslamafobiya, ksenofobiya kimi mənfi fenomenləri misal göstərmək olar. Təəssüflər olsun ki, AŞPA daxilində dövlətlərə münasibətdə fərqli yanaşmalar mövcuddur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi