Yuxarı

Sekuta: "Vaşinqton Əsədin hərəkətlərinin qarşısının alınmasında Bakının dəstəyinə ümid edir"

Sekuta: "Vaşinqton Əsədin hərəkətlərinin qarşısının alınmasında Bakının dəstəyinə ümid edir"

Amerika səfiri Əsədin öz xalqına qarşı hərəkətlərini yolverilməz adlandırıb

Bakı. 12 aprel. REPORT.AZ/ Vaşinqton Bəşər Əsəd tərəfindən yolverilməz hərəkətlərin qarşısının alınmasında Bakının dəstəyinə ümid edir.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirdə bildirib.

Amerika səfiri Əsədin öz xalqına qarşı hərəkətlərini yolverilməz adlandırıb:

"ABŞ-ın dövlət katibi Reks Tillersonun Suriya ilə bağlı bəyanatları və prezident Trampın atdığı addımlar var. Əlavə şərhlərə ehtiyac yoxdur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi