Səfirlik: Mərhum Giorgi Çanturia Gürcüstanın dostu olan hər bir azərbaycanlı ilə dostluq edirdi

Səfirlik: Mərhum Giorgi Çanturia Gürcüstanın dostu olan hər bir azərbaycanlı ilə dostluq edirdi Bakı. 10 yanvar. REPORT.AZ/ Gürcüstanın Azərbaycandakı səfirliyi bu ölkənin Bakıdakı ilk səfiri Giorgi Çanturianın vəfat ilə bağlı başsağlığı verib. 
Xarici siyasət
10 Yanvar , 2018 14:57
Səfirlik: Mərhum Giorgi Çanturia Gürcüstanın dostu olan hər bir azərbaycanlı ilə dostluq edirdi

Bakı. 10 yanvar. REPORT.AZ/ Gürcüstanın Azərbaycandakı səfirliyi bu ölkənin Bakıdakı ilk səfiri Giorgi Çanturianın vəfat ilə bağlı başsağlığı verib. 

"Report"un xəbərinə görə, başsağlığında deyilir: 

"Müasir dövrdə, Gürcüstan və Azərbaycan Respublikası müstəqilliklərini əldə etdikdən və iki qardaş ölkə arasında diplomatik əlaqələr qurulduqdan sonra, Gürcüstan dövlət başcısının qərarıyla, cənab Giorgi Çanturia Gürcüstanın Azərbaycan Respublikasındaki diplomatik heyətinə başcılıq etmişdir (1994-1997 illər).

Cənab Giorgi Çanturia çətin bir dövrdə, dövlət müstəqilliyinin möhkəmlənməsi üçün Gürcüstan və Azərbaycan ilk addımlarını atdıqları zamanı fəaliyyət göstərirdi.

Tarixi fakdır ki, məhz onun Azərbaycan Respublikasında diplomatik fəaliyyəti dövründə, iki dost ölkənin müstəqilliyinin binövrəsini möhkəmləndirən irimiqyaslı beynəlxalq energetik layihəsi olan “Əsrin müqaviləsi” fəaliyyətə başlamışdır. Bu işdə cənab Giorgi Çanturianın xidməti əvəzsizdir.

Azərbaycanda fəaliyyəti dövründə cənab Giorgi Çanturianın dostluq dairəsi tək dövlət strukturlarının nümayəndələri ilə məhdudlaşmırdı, o Gürcüstanın dostu olan hər bir azərbaycanlı ilə dostluq edirdi.

Öz peşəkar və insani xüsusiyyətlərinə görə, cənab Giorgi Çanturia gürcü və azərbaycan ictimaiyyətində hörmət və sevgi qazanmışdır.

Gürcüstanın Azərbaycan Respublikasındaki Səfirliyinin diplomatik heyəti bir daha cənab Giorgi Çanturianın vəfatı ilə əlaqədar ailəsinə, yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verir.

Allah cənab Giorgi Çanturiaya rəhmət etsin".

Son xəbərlər

Orphus sistemi