Səfirlik: İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyi dəyişməz olaraq qalır

Səfirlik: İsrail hökumətinin qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyi dəyişməz olaraq qalır "Bu məsələ tarixçilərə aiddir və siyasi müzakirələrin mövzusu olmamalıdır"
Xarici siyasət
2 Avqust , 2016 15:52
Səfirlik: İsrail hökumətinin qondarma erməni soyqırımı ilə bağlı mövqeyi dəyişməz olaraq qalır

Bakı. 2 avqust. REPORT.AZ/ İsrailin Azərbaycandakı səfirliyi İsrail Knessetində komitənin qondarma "erməni soyqırımı"nı tanıması barədə yayılmış məlumata münasibət bildirib.

Səfirlikdən "Report"a bildirilib ki, İsrail Knessetinin Təhsil, Mədəniyyət və İdman Komitəsinin qərarına baxmayaraq, İsrail hökumətinin bu məsələ ilə bağlı mövqeyi dəyişməz olaraq qalır.

Səfirlik bu məsələnin tarixçilərə aid olduğunu və siyasi müzakirə mövzusu olmasına ehtiyac duyulmadığını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi