Səfirlik: "Azərbaycanda yaşayan Rumıniya vətəndaşlarının demək olar hamısı seçkilərdə səs verib"

Səfirlik: "Azərbaycanda yaşayan Rumıniya vətəndaşlarının demək olar hamısı seçkilərdə səs verib" "Azərbaycanda yaşayan Rumıniya vətəndaşlarının hamısı səsvermənin əhəmiyyətini qəbul edərək seçki məntəqəsinə gəlib"
Xarici siyasət
13 Dekabr , 2016 12:50
Səfirlik: Azərbaycanda yaşayan Rumıniya vətəndaşlarının demək olar hamısı seçkilərdə səs verib

Bakı. 13 dekabr. REPORT.AZ/ Azərbaycanda yaşayan təxminən 30 Rumıniya vətəndaşı bu ölkənin Bakıdakı səfirliyində açılan seçki məntəqəsində parlament seçkiləri ilə əlaqədar səs verib.

Bu barədə "Report"a Rumıniya səfirliyindən bildirilib.

"Azərbaycanda yaşayan Rumıniya vətəndaşlarının hamısı səsvermənin əhəmiyyətini qəbul edərək seçki məntəqəsinə gəlib", - səfirlikdən məlumat verilib.

Xatırladaq ki, dekabrın 11-də Rumıniyada keçirilən parlament seçkilərində ölkənin iki əsas partiyası - Sosial Demokrat Partiyası və Milli Liberal Partiya qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi