Bakı. 5 mart. REPORT.AZ/ ABŞ-ın Azərbaycandakı səfiri Örl Litsenberger tezliklə Bakıya gələcək.
Bu barədə "Report"a ABŞ səfirliyinin Mətbuat xidmətindən bildiriblər.
Xatırladaq ki, ABŞ Senatı Ö.Litsenbergerin ABŞ-ın Azərbaycandakı səfiri postuna namizədliyini təsdiq edib.
Onun sələfi Robert Sekuta ötən ilin mart ayında ölkəmizdəki diplomatik missiyasını bitirib.