Rodriqo Labardini: "Xocalı soyqırımını dünyada ilk tanıyan Meksika Konqresi olub"

Rodriqo Labardini: "Xocalı soyqırımını dünyada ilk tanıyan Meksika Konqresi olub" 2011-ci ildə Meksika Konqresi Xocalı soyqırımını tanıyan ilk belə orqan olub.
Xarici siyasət
21 May , 2019 15:39
Rodriqo Labardini: Xocalı soyqırımını dünyada ilk tanıyan Meksika Konqresi olub

2011-ci ildə Meksika Konqresi Xocalı soyqırımını tanıyan ilk belə orqan olub.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bildirib.

"Biz birinci olmuşuq. Yalnız bundan sonra digər ölkələrin konqresləri belə qərar qəbul etdilər", - o deyib.

Xatırladaq ki, 2011-ci il dekabrın 20-də Meksika Konqresinin Deputatlar Palatası Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ərazilərinin işğalını, xüsusilə də Xocalıda törədilən soyqırımı qətiyyətlə pisləyən qətnamə qəbul edib.

Son xəbərlər

Orphus sistemi