Yuxarı

Səfir: "Venesuela prezidenti Azərbaycana gələcək"

​Səfir: "Venesuela prezidenti Azərbaycana gələcək"

Prezident Nikolas Maduronun rəhbərlik edəcəyi Venesuelanın nümayəndə heyəti oktyabr ayında Azərbaycana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə Venesuelanın Azərbaycandakı səfiri Kristofer Berroteran mətbuat konfransında bildirib.

Səfir Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun iyul ayında Venesuelada keçiriləcək Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Şurasının iclasına dəvət olunduğunu da qeyd edib.

"Bu tədbir oktyabr ayında Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII sammitinə hazırlıq məsələlərinə həsr olunub" - səfir söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi