Səfir: "Ukrayna və Azərbaycan işğal olunmuş ərazilərdən məhsul idxalını qadağan etmək barədə razılığa gəliblər"

Səfir: "Ukrayna və Azərbaycan işğal olunmuş ərazilərdən məhsul idxalını qadağan etmək barədə razılığa gəliblər" Aleksandr Mişenko: "İşğal edilmiş ərazilərdən mallar mərkəzi hökumət tərəfindən lisenziya verildiyi təqdirdə tədarük edilə bilər"
Xarici siyasət
7 Fevral , 2017 10:07
Səfir: Ukrayna və Azərbaycan işğal olunmuş ərazilərdən məhsul idxalını qadağan etmək barədə razılığa gəliblər

Bakı. 7 fevral. REPORT.AZ/ "Azərbaycan və Ukrayna hakimiyyətləri iki ölkənin işğal olunmuş ərazilərində istehsal olunan malların rəsmi icazə olmadan idxalına qadağa qoyulması barədə razılığa gəliblər".

Bu barədə "Report"a Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.

Onun sözlərinə görə, Ukrayna prezidenti Petro Poroşenkonun Bakıya səfəri zamanı ölkə başçıları gömrük orqanlarının rəhbərlərinə görüş keçirmək və bu məsələni müzakirə etməklə bağlı tapşırıq verib. Səfir deyib ki, Azərbaycan və Ukrayna gömrük orqanlarının rəhbərləri görüşüb və işğal edilmiş ərazilərdən malların yalnız mərkəzi hakimiyyət tərəfindən lisenziya verildiyi təqdirdə tədarük edilə biləcəyi ilə bağlı mexanizm işləyib hazırlayıblar.

"Bu məsələdə dövlətlərarası sazişlər imzalamağa ehtiyac yoxdur. Qaydalar və hüquqi aktlar prezidentlərin tapşırıq verdiyi andan qüvvəyə minib", - deyə A.Mişenko bildirib.

Son xəbərlər

Orphus sistemi