Səfir: “Türkiyəni təhdid edənlərlə bağlı Azərbaycanla məlumat mübadiləsi edirik”

Səfir: “Türkiyəni təhdid edənlərlə bağlı Azərbaycanla məlumat mübadiləsi edirik” “Terror təşkilatının başında Fətullah Gülən dayanır”
Xarici siyasət
21 İyul , 2016 16:52
Səfir: “Türkiyəni təhdid edənlərlə bağlı Azərbaycanla məlumat mübadiləsi edirik”

Bakı. 21 iyul. REPORT.AZ/ “Türkiyədə 15 iyul hadisələrini törədənlər ölkə daxilindən təmizlənir. Amma onlar xarici dövlətlərdə işlərini davam etdirməyə çalışırlar”.

“Report”un xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun keçirdiyi mətbuat konfransında deyib.

“Türkiyəni təhdid edənlərlə bağlı Azərbaycanla danışıqlar aparırıq, məlumat mübadiləsi edirik. Türkiyə ilə Azərbaycanın münasibətləri yüksək səviyyədədir. Bu proses bundan sonrada davam edəcək”, - səfir vurğulayıb.

Səfir FETÖ-nün (Fətullahçı Terror təşkilatı) rəhbəri Fətullah Gülənin ABŞ-da yaşadığını, onun Türkiyəyə ekstradisiya edilməsi ilə bağlı işlər aparıldığını bildirib: “15 iyul hadisələrini törədənlərin kimliyi ortadadır. Dünyada terrorla birgə mübarizə aparılırsa, bu istiqamətdə Türkiyəyə dəstək verilməlidir. Hazırda bununla bağlı gözləntilərimiz böyükdür”.

A.Coşqun vurğulayıb ki, 15 iyul hadisələrinin arxasında terror təşkilatı dayanır, bu, birmənalıdır: “Bu terror təşkilatının da başında Fətullah Gülən dayanır. Burada ABŞ-ın mövqeyini gözləyirik”.

Son xəbərlər

Orphus sistemi