Yuxarı

Səfir: "Türkiyə gələcəkdə Suriyanı çiçəklənən və inkişaf edən ölkə kimi görmək istəyir"

Səfir: "Türkiyə gələcəkdə Suriyanı çiçəklənən və inkişaf edən ölkə kimi görmək istəyir"
Dinlə

Erkan Özoral: Türkiyənin xarici siyasətində əsas amil bütün dünyada sülhün olmasıdır
© Report

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Dünyada son 30 ildə çox sayda dəyişiklik olub. Bunlar yalnız siyasi dəyişikliklər deyil. Bütün bunlar mədəniyyəti də dəyişir. Dünya təhlükə ilə üzləşib. Bu dəyişikliklərin bizi hara apardığını dərk etmək çox vacibdir".

"Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ADA Universitetində keçirilən "Türkiyənin mədəni diplomatiyası" panelində deyib.

"Türkiyənin xarici siyasətində əsas amil bütün dünyada sülhün olmasıdır. İnsan amilini, sülh və rifaha görə məsuliyyəti prioritet olaraq qəbul edirik", - o bildirib.

"Terrorizm bütün dünya üçün təhlükədir. Bu məsələni aradan qaldırmaq üçün işləyirik. Suriyadakı vəziyyət buna nümunədir. Türkiyə gələcəkdə Suriyanı çiçəklənən və inkişaf edən, demokratik dəyərləri olan, rəhbərliyinin ölkəni birləşdirə və xalqın naminə işləyə biləcəyi ölkə kimi görmək istəyir", - səfir vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi