Səfir: “Türkiyə “Barış pınarı” əməliyyatı ilə təhlükəsizliyini qoruyur”

Səfir: “Türkiyə “Barış pınarı” əməliyyatı ilə təhlükəsizliyini qoruyur” “Barış pınarı” əməliyyatının hədəfləri Suriyanın şimalını terror ünsürlərindən təmizləməkdir”.
Xarici siyasət
17 Oktyabr , 2019 15:59
Səfir: “Türkiyə “Barış pınarı” əməliyyatı ilə təhlükəsizliyini qoruyur”

“Barış pınarı” əməliyyatının hədəfləri Suriyanın şimalını terror ünsürlərindən təmizləməkdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, terror ünsürləri dedikdə PPK, YPG və İŞİD terror təşkilatları nəzərdə tutulur: “Əməliyyatın digər hədəfi isə Türkiyənin sərhəd təhlükəsizliyinin təmin edilməsidir”.

Diplomat bildirib ki, Türkiyə İŞİD ilə mübarizə koalisiyasının üzvüdür və bu sahədə iş briliyi davam etdirilir.

F.C.Yazqan qeyd edib ki, Türkiyə “Barış pınarı” ilə öz təhlükəsizliyini qoruyur: “Biz haqlı olduğumuza yalnız inanmırıq, bunu dəqiq bilirik”.

Səfirin sözlərinə görə, Türkiyədə bütün siyasi qüvvələr bu əməliyyatı dəstəkləyir.

“Barış pınarı” əməliyyatının beynəlxalq səviyyədə qınanmasına gəlincə, diplomat bununla razılaşmadığını deyib: “Bəzi Avropa İttifaqı ölkələri əməliyyatı qınamağa cəhdlər edirlər. Həmin ölkələr Türkiyənin deyil, öz maraqlarını güdürlər. Türkiyəyə olan hücumların həmin ölkələr tərəfindən niyə qınanmaması sual doğurur”.

F.C.Yazqan mətbuat konfransında sosial şəbəkələr və bəzi saytlarda “Barış pınarı” antiterror əməliyyatı barədə saxta məlumatlar və fotoşəkilləri ifşa edən təqdimat edib.  

Son xəbərlər

Orphus sistemi