Səfir: Rumıniya Azərbaycanın Avropa strukturları ilə əlaqələrinin genişləndirilməsi səylərini dəstəkləmək niyyətindədir"

Səfir: Rumıniya Azərbaycanın Avropa strukturları ilə əlaqələrinin genişləndirilməsi səylərini dəstəkləmək niyyətindədir" "Rumıniya hər zaman AGRI interkonnektorunun inkişafını dəstəkləyib və bunun lehinə olub"
Xarici siyasət
29 Aprel , 2015 13:10
Səfir: Rumıniya Azərbaycanın Avropa strukturları ilə əlaqələrinin genişləndirilməsi səylərini dəstəkləmək niyyətindədir

Bakı. 29 aprel. REPORT.AZ/ Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu "Xəzər regionunun geosiyasi xülasəsi: Azərbaycanın yeni rolu" adlı beynəlxalq konfransda çıxış edib. 

Rumıniyanın Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, NATO-nun Azərbaycandakı Beynəlxalq məktəbi (NISA) tərəfindən təşkil olunan konfransda çıxış edən D.Çobanu deyib ki, Rumıniya bir sıra layihələrin həyata keçirilməsi vasitəsi ilə Azərbaycanla iqtisadi əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. 

Səfir, həmçinin Avropada enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu qeyd edib: "Rumıniya hər zaman AGRI interkonnektorunun (Azərbaycan-Gürcüstan-Rumıniya-Macarıstan) inkişafına dəstək verib və onun tərəfdarı olub. O, qazın Xəzər dənizindən Avropa bazarlarına nəqli üçün qısa yol olacaq. 

Rumıniya səfiri əlavə edib ki, NATO-ya üzv olan ölkələrlə Qara və Xəzər dənizi regionlarındakı tərəfdaş ölkələr arasında güclənən siyasi, iqtisadi və enerji sahələrindəki əməkdaşlığı Avroatlantik cəmiyyət üçün mühüm strateji maraq kəsb edir: "NATO və Aİ üzvü olan Rumıniya Azərbaycanın Avropa strukturları ilə əlaqələrin genişləndirilməsi üzrə səylərini dəstəkləmək niyyətindədir".

Son xəbərlər

Orphus sistemi