Səfir: Qazaxıstan Naxçıvanla əlaqələrin inkişafına mühüm əhəmiyyət verir

Səfir: Qazaxıstan Naxçıvanla əlaqələrin inkişafına mühüm əhəmiyyət verir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə görüşüb.
Xarici siyasət
11 Dekabr , 2019 04:49
Səfir: Qazaxıstan Naxçıvanla əlaqələrin inkişafına mühüm əhəmiyyət verir

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə görüşüb.

“Report” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ali Məclisin sədri qonağı salamlayaraq onu səfir təyin olunması münasibətilə təbrik edib.

Naxçıvanın ərazisi, əhalisi, keçdiyi inkişaf yolu barədə məlumat verən V.Talıbov muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrinin inkişaf etdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, muxtar respublika özünü əsas ərzaq və sənaye məhsulları ilə təmin edir və ixrac imkanlarına malikdir.

Səfir Serjan Abdıkarimov səmimi görüşə görə minnətdarlıq edib. Azərbaycanda diplomatik fəaliyyətə başlaması və Naxçıvana səfərindən məmnunluğunu bildirən qonaq Qazaxıstan və Azərbaycan arasındakı mövcud əlaqələrdən danışıb. Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafına mühüm əhəmiyyət verdiklərini bildirən diplomat bu sahədə səylərin artırılacağını qeyd edib.

Son xəbərlər

Orphus sistemi