Səfir: "Növbəti ilin ilk yarısında Azərbaycan Prezidenti Belarusa səfər edəcək"

Səfir: "Növbəti ilin ilk yarısında Azərbaycan Prezidenti Belarusa səfər edəcək" Bakı. 28 dekabr. REPORT.AZ/ Növbəti ilin ilk yarısında Azərbaycan Prezidenti İlham Əliyev Belarusa səfər edəcək.
Xarici siyasət
28 Dekabr , 2017 11:48
Səfir: Növbəti ilin ilk yarısında Azərbaycan Prezidenti Belarusa səfər edəcək
Report/ Orkhan Azim

Bakı. 28 dekabr. REPORT.AZ/ "Növbəti ilin ilk yarısında Azərbaycan Prezidenti İlham Əliyev Belarusa səfər edəcək".

"Report" xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında deyib.

O, ikitərəfli əməkdaşlıq baxımından başa çatmaqda olan ilin yekunlarını müsbət qiymətləndirib və Azərbaycanla Belarus arasında əməkdaşlığın bütün sahələrində müsbət irəliləyişlərin olduğunu qeyd edib.

"Münasibətlərimiz tərəfdaşlıq xarakteri ilə seçilir, strateji xarakter daşıyır. Ölkələr arasında qarşılıqlı faydalı və hörmətli əlaqələr qurulub", - səfir qeyd edib.

Onun sözlərinə görə, 2017-ci ildə yüksək siyasi səviyyədə 40-a yaxın qarşılıqlı səfər baş tutub.

Səfir həmçinin ölkələr arasında parlamentlərarası əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi