Yuxarı

Rusiya səfiri: "Beynəlxalq hüququn mövcud sistemi getdikcə daha çox hücumlara məruz qalır"

​Səfir: "Mövcud beynəlxalq hüquqsistemi daha çox hücuma məruz qalır"
Dinlə

1948

© Report/ Firi Salim

Bakı. 1 fevral. REPORT.AZ/ "Bu gün diplomatik xidmət Rusiya Federasiyasında Prezidentin rəhbərliyi altında əsas strukturlardan biridir və bu, ölkənin xarici kursunu müəyyənləşdirir. O, dünyanın bütün regionlarında praktik tapşırıqlar yerinə yetirir".

"Report" xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakı Slavyan Universitetində Rusiyanın diplomatik xidmətinə həsr olunmuş tədbirdə deyib.

Beynəlxalq vəziyyət barədə danışan diplomat qeyd edib ki, bu gün dünyada II Dünya Müharibəsindən sonra yaranmış dünya sistemini sarsıdan proseslər gedir.

"Beynəlxalq hüququn mövcud sistemi getdikcə daha çox hücumlara məruz qalır. Beynəlxalq hüququn əsasını BMT Nizamnaməsi təşkil edir. Rusiyada həmişə ona dünya sisteminin təməl daşı kimi yanışıblar. Qərb tərəfdaşları isə bu gün beynəlxalq hüquq normalarına uyğun deyil, kim tərəfindən qoyulduğu bilinməyən qaydalarla hərəkət edirlər. Bu, ötən ildən etibarən beynəlxalq arenada ortaya çıxan yeni tezisdir. Sarsılmaz beynəlxalq qaydalar var və onları pozmaq, dəyişmək olmaz. Əks təqdirdə dünya daha güclü oyunçuların qərarlarını daha zəiflərə diqtə etdiyi dövrə qayıdacaq", - səfir deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi