Səfir: "Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

Səfir: "Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir" "Macarıstan səfirliyi NATO əlaqələndirici səfirlik çərçivəsində işlərini daha da genişləndirəcək"
Xarici siyasət
9 Dekabr , 2016 19:26
Səfir: Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Bakı. 9 dekabr. REPORT.AZ/ "Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir."

"Report"un məlumatına görə, bunu jurnalistlərə Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotski deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dünyada daha çox göstərmək lazımdır: "Beynəlxalq aləmdə bununla bağlı az məlumat var. Biz bu məsələ barədə dünya ictimaiyyətinin daha çox bilməsi üçün birlikdə addımlar ata bilərik."

Səfir bildirib ki, Rumıniyanın Bakıdakı səfirliyi NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi kimi mandatını başa vurdu və onun işi səmərəli olub: "İndi müvafiq mandatı yerinə yetirəcək Macarıstan səfirliyi əməkdaşlığı daha da genişləndirməyə çalışacaq."

Son xəbərlər

Orphus sistemi