​Səfir: "İsveçrə Azərbaycanla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır"

​Səfir: "İsveçrə Azərbaycanla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır" Filip Stalder etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib
Xarici siyasət
9 Oktyabr , 2015 20:38
​Səfir: İsveçrə Azərbaycanla bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır

Bakı. 9 oktyabr. REPORT.AZ/ Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Filip Stalderi qəbul edib.

XİN-dən "Report"a verilən məlumata görə, görüşdə səfir Filip Stalder etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu bildirib. O, iki ölkə arasında siyasi dialoqun və siyasi məsləhətləşmələrin mütəmadi əsasda aparılmasının və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Səfir Filip Stalder ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib. O, İsveçrənin vaqon, sement istehsalı, əczaçılıq, tikinti və digər sahələr üzrə ixtisaslaşmış şirkətlərinin uğurla Azərbaycanda fəaliyyət göstərdiklərini qeyd edib.

Görüş əsnasında yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.

Sonda nazir Elmar Məmmədyarov səfir Filip Stalderə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi