Səfir: “İsrail Azərbaycanın nasizmə qarşı mübarizədəki töhfəsini yüksək qiymətləndirir”

Səfir: “İsrail Azərbaycanın nasizmə qarşı mübarizədəki töhfəsini yüksək qiymətləndirir” “İsrail Azərbaycanın terrorizmə, nasizmə qarşı mübarizədəki töhfəsini yüksək qiymətləndirir”.
Xarici siyasət
24 Yanvar , 2020 12:07
Səfir: “İsrail Azərbaycanın nasizmə qarşı mübarizədəki töhfəsini yüksək qiymətləndirir”

“İsrail Azərbaycanın terrorizmə, nasizmə qarşı mübarizədəki töhfəsini yüksək qiymətləndirir”.

“Report” xəbər verir ki, bunu İsrailin Azərbaycana yeni təyin olunmuş səfiri Corc Dik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Azərbaycan və İsrail dünyanın terrorizmdən, təcavüzkarlıqdan və digər təhlükələrdən azad olması fikrində həmrəydir. İsrail həmçinin təhlükəsiz dünyada yaşamağın lazım olduğuna inanır”, - o deyib.

Səfir həmçinin İranın İsrailə qarşı düşmən münasibətinin bölgənin sabitliyinə təhdid olduğunu söyləyib.

“Qeyd etmək istəyirəm ki, İran xalqına hörmətlə yanaşır və dəstəkləyirik. Bu yaxınlarda insanların tapdalaması üçün yerə ABŞ və İsrailin bayraqlarının çəkildiyi kadrlar yayılmışdı. Amma insanlar bayraqları tapdalamırdı. Belə insanlara hörmətimizi bildirir, onları hər şəkildə dəstəkləyirik”, - diplomat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi