Səfir: "İndoneziya Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanı dəstəkləyib və dəstəkləyəcək"

Səfir: "İndoneziya Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanı dəstəkləyib və dəstəkləyəcək" "İndoneziya Azərbaycan üçün qardaş ölkədir"
Xarici siyasət
3 Avqust , 2017 17:47
Səfir: İndoneziya Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanı dəstəkləyib və dəstəkləyəcək

Bakı. 3 avqust. REPORT.AZ/ "İndoneziya Dağlıq Qarabağ münaqişəsi məsələsində həmişə Azərbaycanı dəstəkləyib və dəstəkləyəcək".

"Report" xəbər verir ki, bunu jurnalistlərə İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani deyib.

Onun sözlərinə görə, İndoneziya həmişə Dağlıq Qarabağa Azərbaycanın tərkib hissəsi kimi baxıb.

İkitərəfli əlaqələrdən danışan H.B.Fanani Azərbaycan ilə İndoneziya arasında çox sıx əlaqələrin olduğunu söyləyib: "İndoneziya Azərbaycan üçün qardaş ölkədir".

Bundan əlavə, səfir iqtisadiyyat sahəsində də yaxşı əlaqələr olduğunu qeyd edərək İndoneziyanın Azərbaycandan 2,4 milyard dollar məbləğində neft aldığını əlavə edib.

Son xəbərlər

Orphus sistemi