Səfir: "İndoneziya beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyir"

Səfir: "İndoneziya beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyir" İndoneziyanın Azərbaycandakı səfiri Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə görüşüb
Xarici siyasət
31 Yanvar , 2017 17:09
Səfir: İndoneziya beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyir

Bakı. 31 yanvar. REPORT.AZ/ İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.

İndoneziyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, görüşdə iki ölkə arasında din sahəsində əlaqələrin inkişafı müzakirə olunub.

Həmçinin, İndoneziya İslam Universiteti ilə əməkdaşlıq ətrafında müzakirələr aparılıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə də toxunulub. Səfir bu məsələdə rəsmi Bakıya dəstək olduqlarını bildirərək, ölkəsinin beynəlxalq təşkilatlarda, xüsusilə BMT və İƏT-də Azərbaycanın mövqeyini dəstəklədiyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi