Səfir: "Hindistan və Azərbaycan birbaşa aviareyslərin açılması imkanlarını nəzərdən keçirir"

Səfir: "Hindistan və Azərbaycan birbaşa aviareyslərin açılması imkanlarını nəzərdən keçirir" Bakı. 12 mart. REPORT.AZ/ Hindistan və Azərbaycan birbaşa aviareyslərin açılması imkanlarını nəzərdən keçirir.
Xarici siyasət
12 Mart , 2018 17:31
Səfir: Hindistan və Azərbaycan birbaşa aviareyslərin açılması imkanlarını nəzərdən keçirir
Report

Bakı. 12 mart. REPORT.AZ/ "Hindistan və Azərbaycan birbaşa aviareyslərin açılması imkanlarını nəzərdən keçirir".

"Report" xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfiri Sancay Rana mətbuat konfransında deyib.

Səfirin sözlərinə görə, bu iş üzrə müvafiq strukturlar arasında intensiv danışıqlar aparılır.

S.Rana qeyd edib ki, birbaşa aviaəlaqənin yaradılması hər iki ölkəyə turist axınını artırmağa imkan verəcək, eləcə də biznesin inkişafına yardım göstərəcək.

Bundan başqa, səfir Hindistan şirkətlərinin əczaçılıq sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb və diqqətə çatdırıb ki, bu sahədə birgə müəssisələrin yaradılması nəzərdən keçirilir.

Son xəbərlər

Orphus sistemi